media-ads-728x90
media-17556065321814129366_1200x630
media-ads-728x90

Quba-Xınalıq yolunun 42-ci kilometrliyində sel sularının təsiri nəticəsində dağılan körpünün yerində yenisi inşa olunur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən ERAmedia-ya verilən məlumata göre agentlik tərəfindən inşa edilən körpünün tikintisi yekunlaşmaq üzrədir.

Aparılan işlər çərçivəsində ilkin mərhələdə köhnə körpü sökülərək ərazi təmizlənib, suyun istiqaməti dəyişdirilib, tikinti sahəsi hazırlandıqdan sonra yeni körpünün inşasına başlanılıb.

Biraşırımlı yeni körpünün uzunluğu 12, eni 9 metrdir. Körpünün hər iki tərəfində piyada keçidi və istinad divarı tikilib. Hazırda körpünün yanaşmalarının bərkidilməsi işləri aparılır.

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, tərtib olunmuş qrafiklə icra edilir. İşlərin qısa zamanda yekunlaşdırılması üçün tikinti ərazisinə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.

 


media-ads-728x90

Bənzər xəbərlər