Xiyar Dolması
- DADLI TAM İLƏ
tərkibi:
6 ədəd orta ölçülü xiyar
300 q qiymə(yağlı mal əti və ya qoyun əti)
1 çay stəkanı düyü
1 baş soğan
Keşniş, şüyüd
Duz, istiot
2 x.q. tomat pastası
Yağ
Hazırlanması:
Xiyarların yalnız baş hissəsini kəsin. Xüsusi oyacaq və ya kiçik qaşıqla içini ehtiyatla çıxarın.
Soğanı doğrayıb yağda qovurun. Qiymə, düyü, göyərti, duz və istiotu əlavə edib qarışdırın.
Hazır içliyi xiyarların içinə doldurun. Kəsilən baş hissələri yenidən üstünə qoymaq olar.
Qazana düzün, üzərinə tomatlı az su əlavə edin. Orta odda 35-40 dəqiqə bişirin.
İstəyə görə yanında sarımsaqlı qatıqla servis edə bilərsiniz. Nuş olsun!
Tamilla Manaf









