media-whatsapp-image-2026-10-14-at-11-07-45

Birinci Qarabağ müharibəsində iştirak edən kəşfiyyatçı Cəlal Rüstəmov Vətən uğrunda mübarizəyə qoşulan igidlərdən biri kimi xatırlanır.

ERAmedia xəbər verir ki, Cəlal Əbdülhəkim oğlu Rüstəmov 1965-ci il aprelin 9-da İsmayıllı rayonunun Mican kəndində dünyaya göz açıb. O, orta təhsilini İsmayıllı şəhər 3 saylı məktəbində alıb.

1983-1985-ci illərdə Moskva şəhərində hərbi xidmətdə olan Cəlal Rüstəmov xidmətini başa vurduqdan sonra Azərbaycana qayıdıb. Neft sahəsində aldığı təhsil və ixtisası ilə əlaqədar işləmək üçün Rusiyanın Tümen vilayətinə göndərilib.

Lakin 1992-ci ilin fevralında Xocalıda törədilən soyqırımı onun həyatında mühüm dönüş nöqtəsinə çevrilib. Baş verən faciədən dərin sarsıntı keçirən Cəlal Rusiyadakı işini dayandıraraq Azərbaycana dönüb və ölkənin müdafiəsi uğrunda mübarizəyə qoşulub.

O, həmin ilin mart ayından etibarən könüllü batalyonların tərkibində cəbhəyə yollanıb. Ağdərə istiqamətində aparılan hərbi əməliyyatlarda iştirak edən Rüstəmov 1992-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı rəisinin birinci müavini olmuş Şikar Şikarovun rəhbərlik etdiyi batalyonda döyüşüb. O, Ağdərə uğrunda gedən döyüşlərdə fəallığı ilə seçilən döyüşçülərdən biri olub.

Cəlal Rüstəmovun anasına söylədiyi “Ölsəm, məni gətirən uşaqlara heç nə deməyin, onların günahı yoxdur” sözləri isə onun taleyi ilə bağlı xatirələr arasında xüsusi yer tutur. Bu ifadə onun çətin döyüş şəraitində belə ətrafındakı insanları düşündüyünü göstərir.

Vətən torpaqlarının müdafiəsi naminə mübarizəyə qatılan Cəlal Rüstəmovun həyat yolu Birinci Qarabağ müharibəsi iştirakçılarının fədakarlığını əks etdirən nümunələrdən biridir.

Allah rəhmət eləsin!

Mələk Onur

 


media-adspc

Bənzər xəbərlər