Xocalı və Ağdərəyə 176 nəfər köçürüldü
Oktyabrın 22-də Xocalı və Ağdərə rayonlarına növbəti köç reallaşıb. 176 nəfər olmaqla, 44 keçmiş məcburi köçkün ailəsi doğma yurda qovuşub.
ERAmedia xəbər verir ki, bu mərhələdə Xocalı şəhərinə 4 ailə (23 nəfər), Ballıca kəndinə 5 ailə (27 nəfər), Badara kəndinə 3 ailə (7 nəfər), Daşbulaq kəndinə 1 ailə (2 nəfər), Xanyurdu kəndinə 2 ailə (5 nəfər), Ağdərənin Vəngli kəndinə 6 ailə (29 nəfər), Heyvalı kəndinə isə 23 ailə (83 nəfər) köçürülüb.
Keçmiş məcburi köçkünlərə yeni mənzillərinin açarları təqdim edilib. Ailələr sevinc hissi ilə yeni evlərində yerləşiblər.
Qeyd edək ki, köç olan kəndlərdə yaşayış üçün bütün zəruri infrastruktur yaradılıb. Yaşayış evləri bərpa olunub, elektrik, qaz, içməli su, yol və rabitə xətləri istifadəyə verilib.









