Xocalıda mina partlayıb
İşğaldan azad edilmiş Xocalı rayonunun Daşkənd kəndi ərazisində bu gün mina hadisəsi baș verib.
ERAmedia xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.
Bildirilib ki, agentliyin əməkdaşı, 1990-cı il təvəllüdlü Anar İftixar oğlu Həsənov xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib və o, hadisə nəticəsində sol ayağından xəsarət alıb.
Anar Həsənov rayon xəstəxanasına təxliyə edilib, onun vəziyyəti qənaətbəxşdir.










