media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall
media-w_1617577513012315614270_1200x630
media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir. Xocalı rayonunun Seyidbəyli kəndi də daimi sakinlərini qəbul etməyə hazırdır.

ERAmedia xəbər verir ki, bu gün Ağdamdan Xocalının Seyidbəyli kəndinə ilk köç yola salınıb. Seyidbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. İlk mərhələdə kəndə 9 ailə – 30 nəfər köçürülür.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

 


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər