“Xocəsən gölü” daşdı, ərazidə acınacaqlı durum - VİDEO
Paytaxtın Binəqədi rayonu, Xocəsən qəsəbəsi ərazisində yerləşən “Xocəsən gölü”nün həcmi artaraq daşıb.
ERAmedia xəbər verir ki, nəticədə gölün ətrafında yerləşən bir sıra evlər və həyətlər suya qərq olub.
Sakinlər iddia edirlər ki, “Xocəsən gölü”nün qabağı tutulduğundan, yağış suları gölün səviyyəsini artırır.
“2-3 aydır əziyyət çəkirik. Haraya da zəng edirik gəlib baxan yoxdur. Uşaqlar xəstəlik tapıblar. Heyvanlarım çirkab suyun içində qalıblar.
Məsələnin köklü sürətdə həll olunması üçün isə, dövlət su Ehtiyyatlları Agentliyinin müvafiq qurumları Şıxov istiqamətinə yeraltı tunal vasitəsi ilə kanalizasiya xətti çəkirlər. Sahil qəsəbəsi ərazisində təmizləyici qurğu quraşdırılır. Bu qurğular vasitəsi ilə “Xocəsən gölü” və “Lökbatan gölü” nün çirkab suyu təmizlənərək, Xəzər dənizinə töküləcək. Xocəsən ərazisində aparılan tikintinin isə gölə heç bir aidiyyatı olmadığı bildirildi.
Daha ətraflı “Xəzər TV”nin süjetində:










