media-videoedited
media-1759240770450477413_1200x630
media-shehidler_olmez_baner_full

Bakıda keçirilən II Azərbaycan-Özbəkistan Media Forumunun iştirakçısı Özbəkistan Jurnalistlər İttifaqının sədri Xolmurad Səlimov Azərbaycan Mətbuat Şurasında (MŞ) olub.

ERAmedia-ya  Mətbuat Şurasından verilən məlumata görə, görüşdə çıxış edən MŞ-nin sədri Rəşad Məcid Azərbaycanın və Özbəkistanın media birlikləri arasında əlaqələrin daha da genişləndiyini və artıq ikinci dəfə keçirilən Azərbaycan-Özbəkistan Media Forumunun münasibətlərin strateji xarakter almasından xəbər verdiyini bildirib. Bunu sevindirici məqam kimi vurğulayan R.Məcid münasibətlərdəki sağlam təməlin bundan sonra daha uğurlu nəticələrin əldə olunması üçün baza rolunu oynayacağına əminliyini ifadə edib. O, Mətbuat Şurasının Özbəkistan Jurnalistlər İttifaqı ilə əməkdaşlığını da ümumi işə mühüm töhfə kimi qiymətləndirib.

Özbəkistan Jurnalistlər İttifaqının sədri Xolmurad Səlimov da çıxışında rəhbərlik etdiyi qurumla Mətbuat Şurası arasındakı sıx təmaslarından söz açıb və bu baxımdan təşkilatların ötən il aprelin 22-də imzaladıqları Əməkdaşlıq Memorandumunu yüksək qiymətləndirib.

O bildirib ki, həmin sənəd çərçivəsində hər iki ölkənin media təmsilçilərinin qarşılıqlı səfərləri təşkil olunur və bu səfərlər həm təcrübə mübadiləsi, həm də dünya media məkanında ortaq maraq və mənafelərin qorunmasına dəstək baxımından önəmlidir.


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər