media-1785346709239177547_1200x630

Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyinin, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və “Gilan”nın dəstəyi ilə XV Qəbələ Beynəlxalq Musiqi Festivalının açılışı olub.

ERAmedia xəbər verir ki, festivalın açılışı Azərbaycanın Xalq artisti Ramiz-Məlik Aslanovun dirijorluq etdiyi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə Simfonik Orkestrinin konserti ilə baş tutub.

Musiqi gecəsində solistlər Əməkdar artist Elvin Hoca Qəniyev (violin), Aysun Mahmudzadə (soprano), Şəmistan Əliyev (klarnet) və Vaqif Qurbanovun (violonçel) ifasında Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səslənib.

Avqustun 3-dək davam edəcək festival zamanı Qəbələ şəhəri layihənin məqsədinə uyğun olaraq mədəniyyətlərarası dialoqun mühüm platformasına çevriləcək, müxtəlif ölkələrin, fərqli mədəniyyətlərin ən parlaq təmsilçiləri Azərbaycanın bu qədim bölgəsində bir araya gələcək.

Azərbaycanla yanaşı, musiqi bayramında Almaniya, Rusiya, Avstriya, Qazaxıstan, Moldova, Niderland, Özbəkistan və Vyetnamdan musiqiçilər və rəqqaslar iştirak edəcəklər.


media-adspc

Bənzər xəbərlər