media-eab5516d-4ad7-4048-8519-53eda5030f8f

Lerikdə üç gün öncə 1-ci Qarabağ müharibəsi şəhidi Qənbərov Xaliq Şəxşin oğlunun bacısı Qənbərova Əntiqə vəfat edib.

ERAmedia “Qafqazinfo”-ya istinadən xəbər verir ki, yağan güclü qar səbəbindən mərhum bugün axşam saatlarında dəfn olunub.

O, rayonun Barzavu kəndində torpağa tapşırılıb.

Güclü qar və çətin yol şəraiti mərasimin həyata keçirilməsini çətinləşdirsə də, kənd əhalisinin həmrəyliyi sayəsində dəfn mümkün olub.

Qeyd edək ki, Lerik rayon X.Qənbərov adına Barzavu kənd ümumi orta ümumtəhsil məktəbi həmin şəhidin adını daşıyır.

 

 


media-adspc

Bənzər xəbərlər