media-videoedited
media-yahia_barzaq
media-shehidler_olmez_baner_full

Türkiyənin TRT kanalının Qəzzadakı müstəqil jurnalisti Yahia Barzaq ötən gün İsrailin hücumları nəticəsində həlak olub.

ERAmedia xəbər verir ki, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Mətbuat Şurası jurnalistin həlak olması ilə bağlı TRT-yə başsağlığı verib.

Bildirilib ki, MEDİA Qəzzada peşə borcunu yerinə yetirərkən həyatını itirən jurnalist Yahia Barzaqın həlak olması ilə bağlı Türkiyə ictimaiyyətinə, TRT ailəsinə və mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir.

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri Y.Barzaqın Qəzzada həyatını itirməsindən dərin kədər hislərini ifadə edərkən, dünyanın müharibələrdən, münaqişələrdən və onların doğurduğu jurnalist ölümlərindən də uzaq məkana çevrilməsini arzulayır, TRT telekanalının timsalında bütövlükdə qardaş ölkə mediasına başsağlığı verir, mərhumun həmkarlarının və yaxınlarının üzüntülərini bölüşür, onlara səbr və dözüm diləyirlər”.


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər