Yanacaq daşıyan avtomobil yanıb külə döndü - VİDEO
Qazax rayonu, Xanlıqlar kəndi ərazisində yanacaqdaşıyan avtomobildə yanğın baş verib.
Bu barədə ERAmedia-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam edir.










