media-1765016287-9e6cc317b3952bc49062a4d349755ba8
media-bant_master

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatı üzrə “Məişət Maye Qaz” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ərazi partiya təşkilatında tədbir keçirilib.

ERAmedia xəbər verir ki, tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev çıxışında ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu, ərazi bütövlüyünün təmin olunması istiqamətində görülən işlərdən bəhs edib. Ramil Mirzəyev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmlənib, dövlətçilik ənənələri inkişaf etdirilib və vətəndaşların rifahının artırılması istiqamətində mühüm nəticələr əldə olunub.

Ərazi partiya təşkilatının sədri, “Məişət Maye Qaz” QSC-nin direktor müavini Elşən Salmanov ölkəmizin enerji təhlükəsizliyi sahəsində görülən işlərdən, bu sahədə dövlət siyasətinin uğurlu nəticələrindən danışıb. O qeyd edib ki, cəmiyyətin inkişafı və dövlətin dayanıqlılığı üçün sabitlik və təhlükəsizlik mühüm şərtdir, bu baxımdan Azərbaycan dünyanın ən nümunəvi ölkələrindən biridir.

“Məişət Maye Qaz” QSC-nin əməkdaşı Sabir Xanlarov çıxışında Azərbaycanın energetika sahəsində əldə etdiyi tarixi nailiyyətləri diqqətə çatdırıb. O bildirib ki, dövlət suverenliyinin təmin olunması ölkəmizin regional mövqeyini daha da gücləndirib.

Tədbirin davamında təşkilati məsələlər müzakirə edilib. Sabir Xanlarov YAP Xətai rayon təşkilatının Mehdi Mehdizadə küçəsi 46 ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini seçilib.

Səmərəli fikir mübadiləsi və qarşılıqlı müzakirələr şəraitində keçən tədbir “Məişət Maye Qaz” QSC-nin 65 illik yubileyinə həsr olunmuş filmin nümayişi ilə yekunlaşıb.

 

media-1765016287_c6e71d47657d2f9b6084bb29da91d412

media-1765016287_c08f4efaca3c69f72d22c14b823d0b22

media-1765016287_ae06bf675c2b2724481a1e1a74a2bdb3

media-1765016287_6fb7e002fa2914abda49a1bb426468b9

media-1765016286_25d97567f0f4421f29ad071a1f09ddb0


media-adspc

Bənzər xəbərlər