Yarışmaçının cavabı aparıcını heyrətləndirdi - VİDEO
Türkiyənin ATV telekanalında “Kim milyoner olmaq istər” yarışmasının növbəti bölümündə bir yarışmaçı üçüncü sualda verdiyi səhv cavab səbəbindən yarışmadan erkən ayrılıb.
ERAmedia xəbər verir ki, yarışmada uğursuz anlar yaşayan yarışmaçı sualı yanlış anladığı üçün düzgün cavabı tapa bilməyib və üçüncü sualda yarışmadan çıxıb. Yarışmaçının erkən ayrılması bölümün diqqət çəkən anları arasında yer alıb.
Yarışmaçıya “İstifadəsi rahat, asan olan şeylər üçün istifadə olunan ifadə hansıdır?” sualı ünvanlanıb. Sualı yenidən oxumasına baxmayaraq, düzgün cavab olan “idman” yerinə “fəlsəfə” cavabını işarələyən yarışmaçı bu cavabla yarışmadan çıxıb.
Yanlış cavabına özü də təəccüblənən yarışmaçı “Hazırda şokdayam” ifadələrini işlədib. Aparıcı Oktay Kaynarca isə yarışmaçının sözlərinə “Mən də” deyə cavab verib.










