Yasamalda iki nəfər güllələnib - AXTARIŞ APARILIR
Bakının Yasamal rayonu ərazisində gecə saatlarında silahlı insident baş verib.
ERAmedia xəbər verir ki, hadisə nəticəsində iki nəfər güllələlənib.
Hadisə zamanı 1995-ci il təvəllüdlü Ceyhun Həsənov və Sənan Dünyamalıyev adlı şəxslər yaralanıblar.
Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətləri ağır qiymətləndirilir.
Hazırda polis əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.