Yasamalda yanan binada təmir işləri nə yerdədir?
Bina təmir olunub, sakinlərə kompensasiya verilib.
Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Bakının Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğında sonra sakinlər artıq evlərinə qayıdıblar.
Sakinlərin mənzillərinə geri dönməsi üçün binada bərpa işləri aparılıb. Görülən işlər çərçivəsində liftlərdən biri təmir olunaraq istifadəyə verilib.










