media-1763923958_1763917594_1763748447_whatsapp-image-2025-11-21-at-21-17-00
media-bant_master

21.11.2025-ci il tarixində Yasamal rayonu, M.Seyidov küçəsi ərazisində yerləşən yaşayış binasında baş verən yanğın hadisəsi səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində müalicə alan şəxslərdən daha 2 nəfər ambulator müalicə üçün evə buraxılıb.

ERAmedia xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzdən bildirilir.

Qeyd edilib ki, daha 5 nəfərin isə müalicəsi davam etdirilir. Onlardan 1 nəfərin (qadın) vəziyyəti ağır olaraq qiymətləndirilir. Pasiyent süni tənəffüs cihazı ilə təmin edilib.


media-adspc

Bənzər xəbərlər