media-qarpemqv1luxmdkyvdrl2lzrrxwpco9if6z4piwg_1200

Goranboy şəhər Cəfər Cabbarlı küçəsində beşmərətəbəli qəzalı yaşayış binasının 5-ci bloku tamam çöküb.

ERAmedia-nın məlumatına görə, bəzi mənzillərdən sakinlərin iştirakı ilə əşyalar çıxarılsa da, bir neçə evin sakinləri əşyalarını çıxara bilməyib.

Axşam saatlarında blokun çökməsi nəticəsində yaşadıqları mənzilləri dağılan həmin sakinlərin əşyaları da yararsız hala düşüb.

Qeyd edək ki, yaşayış binasında dağıntı qeydə alınıb. Belə ki, 60 mənzilli binanın 5-ci bloku tamam çöküb.

Hazırda ərazidə aidiyyəti qurumların əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilir.


media-adspc

Bənzər xəbərlər