Yavuz Bülent Bakiler vəfat edib
Türkiyə ədəbiyyatının görkəmli nümayəndəsi, azərbaycanəsilli şair və yazıçı Yavuz Bülent Bakiler 89 yaşında vəfat edib.
ERAmedia-nın məlumatına görə, bununla bağlı Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd edək ki, Bakiler 1936-cı il aprelin 23-də Sivasta anadan olub. O, “Qarabağ həsrəti”, “Azərbaycan ürəyimdə bir şah damardır”, “Azərbaycan” kimi şeirlərin müəllifidir. Şairin babaları Qarabağdan Sivasa köçüb.