media-yangin2jpg-1645907334

Yaxın Şərqdə hərbi gərginlik sürətlə artmaqda davam edir və son rəqəmlər regionda vəziyyətin nə qədər kritik olduğunu göstərir.

ERAmedia-nın məlumatına görə, araşdırmaçı jurnalist Kənan Rövşənoğlu bildirib ki, İsrail ordusu fevralın 28-dən etibarən İrana qarşı 800 hava hücumu həyata keçirib və bu hücumlar zamanı 16 minə yaxın raket və bomba istifadə olunub.

Kənan Rövşənoğlunun sözlərinə görə, ümumilikdə 4 min hədəfə qarşı 10 min zərbə endirilməsi münaqişənin miqyasını açıq şəkildə ortaya qoyur. O qeyd edib ki, İsrail 2023-cü ilin oktyabrından bəri faktiki olaraq müharibə şəraitindədir və bu müddətdə yalnız İrana deyil, eyni zamanda Qəzza zolağına da on minlərlə raket və bomba atılıb.

Analitik vurğulayıb ki, İsrailin hərbi əməliyyatları bununla məhdudlaşmayıb. Onun sözlərinə görə, Livan, Suriya, Yəmən, İraq kimi ölkələr də müxtəlif vaxtlarda bombardmanlara məruz qalıb və bu əməliyyatlar zamanı min tonlarla partlayıcı vasitədən istifadə edilib.

Kənan Rövşənoğlu hesab edir ki, bu miqyasda hərbi əməliyyatların həyata keçirilməsi təkcə İsrailin iqtisadi imkanları ilə mümkün deyil. O bildirir ki, bu prosesdə əsas rol ABŞ-ın geniş və faktiki olaraq qeyri-məhdud hərbi dəstəyinə məxsusdur.

Onun fikrincə, mövcud dinamika davam edərsə, Yaxın Şərqdə demək olar ki, hər nöqtə potensial hədəfə çevrilə bilər. Analitik əlavə edir ki, artıq İran, İraq, İsrail, Səudiyyə Ərəbistanı, BƏƏ, Oman, Bəhreyn, Küveyt, Qətər, Yəmən, Livan, İordaniya və Fələstin kimi ölkə və ərazilər bu və ya digər formada münaqişənin içindədir.

Kənan Rövşənoğlu xəbərdarlıq edib ki, regionda artıq “sabit və təhlükəsiz zona” anlayışı demək olar ki, qalmayıb. Onun sözlərinə görə, quru əməliyyatlarının başlanması ehtimalı vəziyyəti daha da ağırlaşdıra və münaqişəni daha geniş coğrafiyaya yaya bilər.

Analitik sonda qeyd edib ki, belə bir ssenari baş verərsə, nəticələr təkcə region üçün deyil, qlobal təhlükəsizlik üçün də son dərəcə ciddi və dağıdıcı ola bilər.

Vüsalə


media-adspc

Bənzər xəbərlər