media-videoedited
media-image_870x_68dec0e9ecdb8
media-shehidler_olmez_baner_full

Yazıçı-jurnalist Vəli Həsənoğlunun “İldırım Dərəsi” adlı yeni povesti çapdan çıxıb.

ERAmedia xəbər verir ki, əsərdə 30-cu illərdəki represiyadan bəhs olunur. 1937-ci ilin “qırmızı terror”u Qərbi Azərbaycandakı soydaşlarımızın taleyinə də təsirsiz ötüşməyib. Yüzlərlə günahsız soydaşımız Sibirə sürgünə göndərilib. Əksəriyyəti geri qayıtmayıb, ailələr başsız qalıb.

“İldırım Dərəsi” povesindtə QULAQ ailələrinin çəkdiyi əzab əziyyətdən, Stalin rejiminin insanlara etdiyi zülümdən bəhs edilir.   Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində “İldırım Dərəsi” kitabının təqdimatı keçirilib.

Vəli Həsənoğlu kitab haqqında oxuculara məlumat verib və povestdə cərəyan edən hadisələr haqqında danışıb. Bildirib ki,  “İldırım Dərəsi”ndə oxucular həmçinin qədim yurd yerimiz,Dərələyəzin toponimləri haqqında geniş məlumat ala biləcək.

Sonda “İldırım Dərəsi” oxucuların ixtiyarına verilib.  Tədbirdə 218 saylı məktəbin müəllim və şagirdləri də iştirak edib.

 

 


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər