Yazıçıdan dünyanın siyasi mənzərəsinə fərqli yanaşma
Qədim dövrlərdə çağın şərtlərinə cavab verməyən ölkələrin və şəhərlərin tanrı tərəfindən göydən daş yağdırılaraq məhv edildiyi barədə rəvayətlər mövcuddur.
ERAmedia xəbər verir ki, yazıçı Aqşin Yenisey müasir dövrdə bu mənzərənin fərqli formada təkrarlandığını bildirib.
Onun sözlərinə görə, bu gün həmin işi göydən bomba yağdıraraq insan ağlı həyata keçirir.
Yazıçı hesab edir ki, hazırda İran və Rusiya özlərinin mifik iddiaları ilə bəşəriyyətin gələcəyi üçün təhdid və təhlükə yaradır. O bildirib ki, dörd yüz il əvvəl tanrının missiyasını öz üzərinə götürən insan ağlı bu iki ölkənin timsalında, əslində, mifə qarşı döyüşür.
Aqşin Yenisey qeyd edib ki, rəvayətlərə görə, antik çağda mif tabuları aşmış gerçəkliyi dağıdırdı. Onun fikrincə, bu gün isə əksinə, gerçəklik çağın şərtlərinə uyğun olmayan mifi dağıdır.









