Yemişanın faydaları
- 1001 dərdin dərmanı
Yemişan ürək və damar sağlamlığı üçün çox faydalı meyvədir. Qan dövranını yaxşılaşdırır, təzyiqi tənzimləməyə kömək edir, ürəyi gücləndirir və sinir sistemini sakitləşdirir. Həmçinin immuniteti dəstəkləyir və yorğunluğu azaldır.
Sadə yemişan çayı
1 xörək qaşığı qurudulmuş yemişan
1 stəkan qaynar su
Hazırlanması:
Yemişanı stəkana və ya çaydana qoyun. Üzərinə qaynar su əlavə edin. 10–15 dəqiqə dəmlənməsini gözləyin. Bu çayı gündə 1–2 dəfə içmək ürək və damarların fəaliyyətinə fayda verə bilər.
Tamilla Manaf










