media-1769006166_1769004987_1762940310_11

Balakən Rayon İcra Hakimiyyətində (RİH) kadr dəyişiklikləri həyata keçirilib.

 ERAmedia Modern.az-a istinadən xəbər verir ki, bununla bağlı icra başçısı Natiq Ağayev müvafiq əmrlər imzalayıb.

Belə ki, icra başçısının birinci müavini Turan Dibirov vəzifəsindən azad edilərək başçının müavini – Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Eyni zamanda, icra başçısının digər müavini Nəzakət Rüstəmova da 21 ildir çalışdığı vəzifəsindən azad edilib.

Xatırladaq ki, Natiq Ağayev bir neçə ay əvvəl Balakənə icra başçısı təyin edilib.

Məlumatı daha əvvəl “iqtisadiyyat.az” yayıb.


media-adspc

Bənzər xəbərlər