media-1766237801314407961_1200x630
media-bant_master

Sevindiricidir ki, ildən-ilə bu oyunlara maraq artır.

ERAmedia xəbər verir ki, bunu cüdo üzrə ikiqat Paralimpiya çempionu İlham Zəkiyev Sumqayıt Paralimpiya İdman Kompleksində keçirilən Uşaq Paralimpiya Oyunlarının açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

Milli Paralimpiya Komitəsinin (MPK) vitse-prezidenti turnirin əhəmiyyətindən bəhs edib: “Uşaqlar üçün olduqca əhəmiyyətli yarışlardır. Çünki yeni nəsil yetişməlidir və bizi əvəz etməlidirlər. Biz bu uşaqlara inanırıq. Onlar gələcəyin titullu idmançıları olacaqlar, bayrağımızı beynəlxalq arenada dalğalandıracaqlar”.

İlham Zəkiyev valideynləri övladlarını idmana yönləndirməyə səsləyib: “Müraciət etsinlər. MPK-da olan mütəxəssislər onlarla məşğul olacaqlar”.


media-adspc

Bənzər xəbərlər