Yeni təmayül tədris modelinə 20 minə yaxın müraciət daxil olub
Yeni təmayül tədris modeli üzrə layihənin 90 məktəbdə genişləndirilməsi nəzərdə tutulur.
ERAmerdia xəbər verir ki, bunu təhsil işçilərinin sentyabr konfransında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.
Agentliyin direktoru bildirib ki, 2024–2025-ci tədris ilində 5 məktəbdə başlayan layihə 2025–2026-cı tədris ilində 14 məktəbdə davam etdirilib. Layihənin ilk məzunlarının 95 faizi ali təhsil müəssisələrinə qəbul olunub. Yeni tədris ilində modelin 90 məktəbdə tətbiqi planlaşdırılır və qısa müddətdə layihə üzrə 20 minə yaxın müraciət daxil olub.









