Yeni virus həyəcanı: Peyvəndi və antiviral müalicəsi yoxdur
Avropa Dərman Agentliyi (EMA)) dünya gündəminə düşən və lüks kruiz gəmisi “MV Hondius”da ölüm halları ilə nəticələnən hantavirus infeksiyaları ilə bağlı ciddi xəbərdarlıq yayıb.
ERAmedia-nın məlumatına görə, Agentlik bildirib ki, hazırda bu virusa qarşı təsdiqlənmiş heç bir peyvənd və ya antiviral müalicə mövcud deyil.
EMA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr bölməsinin nümayəndəsi Yasmina Alcazar açıqlamasında qeyd edib ki, Avropa İttifaqı çərçivəsində hantavirusa qarşı effektiv dərman yoxdur və mövcud müalicə yalnız erkən diaqnoz və dəstəkləyici tibbi yardımla məhdudlaşır.
Alcazar virüsün əsasən heyvanlardan insanlara keçdiyini xatırladaraq bildirib ki, immun sistemini gücləndirəcək anticisim və peyvəndlərin hazırlanması hələ ilkin mərhələdədir. O, daha əvvəl COVID-19 müalicəsində istifadə edilən favipiravir kimi dərmanların hantavirus üçün effektivliyinə dair kifayət qədər klinik sübut olmadığını da vurğulayıb.
“Antimikrob və ya antiviral preparatlar xəstələrdə istifadə olunmazdan əvvəl laboratoriya və klinik sınaqlardan keçməlidir,” – deyə EMA rəsmisi bildirib.
Hadisələr 1 aprel tarixində Argentinaın Ushuaia limanından yola çıxan MV Hondius kruiz gəmisində başlayıb. Gəmi səfər zamanı 11 apreldə 70 yaşlı hollandiyalı sərnişin həyatını itirib. 26 apreldə həmin sərnişinin simptom göstərən həyat yoldaşı Yohannesburqda vəfat edib.
Mayın 3-də isə alman qadın sərnişinin ölümü ilə ümumi ölüm sayı 3-ə yüksəlib.
Ümumdünya Səhiyyə Təşkilatı gəmi Yaşılburun adaları yaxınlığında olarkən hadisəni rəsmən təsdiqləyib.
EMA əlavə olaraq bildirib ki, Fövqəladə Hallar üzrə İşçi Qrupu (ETF) vasitəsilə vəziyyət yaxından izlənilir və xüsusilə gəmiricilər vasitəsilə yayılan “Bunyaviricetes” qrupuna aid viruslara qarşı dərman hazırlayan şirkətlər xəritələndirilir.
Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi (Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi (ECDC)) və Avropa Komissiyası ilə koordinasiyada işlənildiyi, həmçinin dərman şirkətlərinə tənzimləyici dəstək göstərməyə hazır olduqları da açıqlanıb.
Vüsalə










