media-kur-cayi

Şəmkirdə yeniyetmə Kür çayında boğulma təhlükəsi ilə üzləşib.

ERAmedia APA-ya istinadən xəbər verir ki, hadisə Kür çayının Şəmkir rayonu ərazisindən keçən hissəsində baş verib.

Məlumata görə, Gədəbəy rayon sakini, 2010-cu il təvəllüdlü C.Tağlı atası ilə birlikdə Kür çayında çimərkən suda batma təhlükəsi ilə üzləşib. Yeniyetmə ətrafdakı şəxslərin köməyi ilə sudan çıxarılıb və dərhal xəstəxanaya çatdırılıb.

Həkimlərin bildirdiyinə görə, C.Tağlının vəziyyəti ağır qiymətləndirilir.

İlkin məlumata əsasən, 16 yaşlı yeniyetmə atası ilə birlikdə istirahət məqsədilə Kür çayının sahilinə gedibmiş.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.


media-adspc

Bənzər xəbərlər