Yerə yaxın keçən asteroid astronomları həyəcanlandırdı
ERA media– xəbər verir ki, diametri təxminən 50 metr olan “2025 PM” asteroidi 17 avqust tarixində Yer kürəsinin yanından keçib.
Astronomik hesablamalara görə, asteroid təhlükəli məsafədən keçib və planetimiz üçün birbaşa təhlükə yaratmayıb. Hadisə Bakı vaxtı ilə saat 13:03-də qeydə alınıb.
Astronomlar 17 avqust 2025-ci il tarixində Yerə yaxınlaşan “2025 PM” adlı asteroidi müşahidə ediblər. Asteroidin diametri təxminən 50 metrdir və Yerə ən yaxın nöqtəsindən keçib. NASA və digər kosmik tədqiqat institutları yaxınlaşmanı izləyib və toqquşma ehtimalının olduqca aşağı olduğunu bildiriblər.
Ekspertlər bildirirlər ki, bu cür yaxın keçidlər nadir olmasa da, Yer üçün təhlükə yaratmır. Eyni zamanda, astronomlar 13 avqust 2025-ci ildə “2025 PU1” adlı başqa bir asteroidin Yerə təxminən 29,300 km məsafədən keçdiyini qeyd edirlər.
Kosmik təhlükəsizlik üzrə mütəxəssislər, asteroidlərin hərəkətini izləməyin və bu barədə vaxtında məlumat verməyin böyük əhəmiyyət daşıdığını vurğulayırlar.
Mənbə: Watchers.news