media-samvel-karapetyan-pashnyan

 

media-media-16-v4h2wr
 

Aprelin 27-də səhər Ermənistan mediası “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyanın tərəfdarı, “əfsanəvi kəşfiyyat zabiti, polkovnik” kimi təqdim edilən Artur Avanesyanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparıldığı, xəbər yayılandan 8 saat sonra saxlanıldığı barədə məlumat yaydı.

“Hadisə” barədə ERAmedia-ya danışan Regional təhlükəsizlik məsələləri üzrə ekspert Firuz Novruzovun fikrincə bu,  Ermənistanın siyasi həyatında “stəkanda fırtına” yaratmaqdan başqa bir şey deyil. O, hesab edir ki, “əfsanəvi kəşfiyyat zabiti, polkovnik”, 30 illik döyüş təcrübəsi olan zabit, “düşmənlə toqquşmalar zamanı dəfələrlə ən təhlükəli ərazilərə görünən” Avanisyanının “ciddi kəşfiyyatçı” olmadığını Azərbaycan Silahlı Qüvvələrinin 23 saatlıq antiterror əməliyyatı təsdiq etdi. Onun 2018-ci ildə qanunsuz silah saxlamaq və əsgərlərin ərzağını oğurlamaq ittihamı ilə həbs edilən “şanlı” erməni generalı Manvel Qriqoryanın yanında olması isə daha çox mətləblərdən xəbər verir.

“Güclü Ermənistan” partiyası ilə seçkilərə qatılan rusiyalı milyarder Samvel Karapetyanın yanında görünən Avanesyanın bu dəfə də oğurluq üstündə tutulması “qozbeli qəbir düzəldər” atalar məsəlimizin nə qədər yerində deyildiyinin təsdiqidir. Ermənistanın Korrupsiyaya qarşı Mübarizə Komitəsi ona qarşı “seçici səslərinin satın alınmasına cəhdə görə ittihamı” üzrə cinayət işi başladıb.

Firuz Novruzov xatırladır ki, iyun ayının 7-də baş tutacaq parlament seçkilərində rusiyayönlü partiyalar Samvel Karapetyanın “Güclü Ermənistan”, Robert Köçəryanın “Hayasdan” və Qagik Tsarukyanın “Çiçəklənən Ermənistan”ının hədəfi Koçaryanın baş nazir postuna gətirilməsidir.

Ural Dəyirmançı


media-adspc

Bənzər xəbərlər