Yerkökü-Meyvəli Kekslər
- Dadlı TAM İLƏ
Tərkibi:
1 orta ölçülü yerkökü
150 q xurma
250 q qoz
50 q kişmiş
1 naringi qabığı
¼ çay qaşığı darçın, zəncəfil və muskat qozu
3 xörək qaşığı iysiz bitki yağı
50 q kokos lopaları
Hazırlanması:
Yerkökü sürtgəcdən keçirin. Naringinin qabığını soyun. Xurmanı və qozu qaba doğrayın. Bütün inqrediyentləri blenderə qoyun və tədricən bitki yağını əlavə edərək qarışdırın.
Nəm əllərlə qarışığı toplar və ya düzbucaqlılar (təxminən 20 ədəd) halına salın. Onları perqamentlə örtülmüş tavaya qoyun və bir neçə saat soyuducuda saxlayın.
Soyudulmuş tortları kokos lopalarına bükün.
Tamilla Manaf









