Yevlax–Şamaxı–Bakı yolunda yük maşını aşıb
Səhər saatlarında Yevlax–Şamaxı–Bakı avtomobil yolunun 171-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib. Ağır yük avtomobili yolun hərəkət hissəsində aşıb.
Səhər saatlarında Yevlax–Şamaxı–Bakı avtomobil yolunun 171-ci kilometrliyində ağır yük avtomobili aşaraq yol-nəqliyyat hadisəsi törədib.
ERAmedia xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 4 nömrəli “Magistral avtomobil yollarının istismarı” MMC-nin sahə rəisi Əvəz Xəlilov bildirib ki, hadisə yerinə qurumun əməkdaşları və xüsusi texnikası cəlb olunub. Qısa müddətdə yol təmizlənərək nəqliyyatın təhlükəsiz hərəkəti təmin edilib.
Onun sözlərinə görə, hadisə nəticəsində avtomobillərin hərəkətində hər hansı məhdudiyyət yaranmayıb. Yol-nəqliyyat hadisəsi zamanı ölən və ya xəsarət alan olmayıb.










