Yevlaxda mikroavtobus aşdı-XƏSARƏT ALAN VAR
Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
ERAmedia “Qafqazinfo”-ya istinadən xəbər verir ki,hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Mercedes” markalı mikroavtobus idarəetmədən çıxaraq yol kənarına aşıb.
Qəza nəticəsində 20-dən çox sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar dərhal Yevlax və Mingəçevir şəhərlərində yerləşən xəstəxanalara çatdırılıblar.
Hadisə yerinə polis və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Hazırda qəzanın başvermə səbəbləri və digər təfərrüatlar araşdırılır.









