Yığmamız FIFA-nın reytinqində irəliləyib
FIFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.
ERAmedia xəbər verir ki, Azərbaycan yığması bir pillə irəliləyərək, 123-cü sıraya yüksəlib.
Milli komandamızın DÇ-2026-nın seçmə mərhələsindəki rəqiblərindən olan Fransa 1 pillə geriləyərək, 3-cü yerə düşüb. Ukrayna komandası 1 pillə yüksələrək, 27-ci sırada mövqe tutub. Mövqeyinə dəyişiklik olmayan İslandiya 74-cü yerdədir.
Türkiyə komandası 1 pillə irəliləyərək, 26-cı sırada mövqe tutur.
Sıralamaya əvvəlki kimi İspaniya komandası başçılıq edir. Argentina yığması Fransanı qabaqlayaraq, 2-ci yerə yüksəlib. İlk onluqda müvafiq surətdə İngiltərə, Portuqaliya, Niderland, Braziliya, Belçika, İtaliya və Almaniya da yer alıb.