media-1767346095371006740_1200x630

media-1767346095140131334_1200x630

Ölkə ərazisində müşahidə olunan qarlı hava şəraiti ilə əlaqədar olaraq Yeni il bayramı günlərində vətəndaşların istirahət zonalarında və yollarda hərəkət intensivliyinin artması fonunda polis əməkdaşları ölkəboyu gücləndirilmiş rejimdə xidmətini davam etdirir.

media-1767346095514297972_1200x630

ERAmedia-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, şəhər və rayonlarda, işğaldan azad olunmuş ərazilərdə, həmçinin magistral yollarda zəruri tədbirlər görülür.

Hərəkətin intensiv olduğu küçə və prospektlərdə, piyada keçidlərində əlavə polis naryadları cəlb edilib.

media-17673460952580242778_1200x630

Gecə saatlarından etibarən təşkil edilən fasiləsiz xidmət zamanı digər dövlət orqanları ilə birgə yollar və yol nişanları qar və buzdan təmizlənir, təhlükəsizliyin təmin olunması məqsədilə ərazilərə qum və duz səpilir.

Polis əməkdaşları tərəfindən vətəndaşlara zəruri köməkliklər göstərilir, daxil olan müraciətlərə çevik reaksiya verilir.

Bu istiqamətdə işlər fasiləsiz olaraq davam etdirilir.

media-176734609530279112_1200x630


media-adspc

Bənzər xəbərlər