Yuliya Sviridenko Azərbaycana təşəkkür edib
“Yaxın günlərdə Azərbaycan, Slovakiya və Çexiyadan daha çox yük – generatorlar, transformatorlar, kabellər, tibbi avadanlıqlar və digər humanitar yardımlar Ukraynaya gələcək”.
ERAmedia xəbər verir ki, bunu Ukraynanın Baş naziri Yuliya Sviridenko özünün “Telegram” kanalında bildirib.
O, Azərbaycan da daxil olmaqla Ukraynaya yardım göstərən bütün ölkələrə təşəkkür edib.
“Bütün tərəfdaşlarımıza davamlı dəstəyinə və artıq göstərilən yardıma görə minnətdarıq. Hər şey insanlarımızın evlərində istilik və işığı, eləcə də enerji obyektlərini bərpa etməyə yönəlib”, – baş nazir qeyd edib.









