media-2hruitlt1f30kzfzmgeiba4n1gevg3mbsowvbwhf_825
media-bant_master

Azərbaycanın yunan-Roma güləşçiləri Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatında üçüncü yeri tutublar.

ERAmedia xəbər verir ki, 2 qızıl və 1 bürünc medal qazanan yığma 93 xalla komanda hesabında üçüncü olub. Milli medalların əyarına görə tarixinin ən yaxşı nəticəsinə imza atıb.

Azərbaycan yalnız İran (143) və Ukraynadan (96) geri qalıb.

Qeyd edək ki, baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Həsən Əliyevlə Kamran Məmmədovun rəhbərliyi altında DÇ-yə qatılan heyətdə Elmir Əliyevlə (55 kq) Ziya Babaşov (63 kq) dünya çempionu olub. Ruslan Nurullayev (72 kq) isə üçüncü yeri tutub.


media-adspc

Bənzər xəbərlər