Yunus Əmrənin Moskvada abidəsi ucaldılacaq
2026-cı ilin yayında Türkiyənin paytaxtı Ankarada ilk kosmonavt Yuri Qaqarinin, Rusiyanın paytaxtı Moskvada isə tanınmış türk şairi Yunus Əmrənin abidəsi ucaldılacaq.
ERAmedia TASS-a istinadən xəbər verir ki, bu barədə Moskva hökumət naziri Sergey Çeryomin Rusiya rəsmiləri və iş adamlarından ibarət nümayəndə heyətinin Türkiyəyə səfərinin yekunlarına dair danışarkən bildirib.
Nazir qeyd edib ki, Qaqarinin abidəsi “Dikmen Vadisi” parkında, Əmrənin abidəsi isə “Muzeon”da ucaldılacaq. Layihə artıq Türkiyə Xarici İşlər Nazirliyi və Mədəniyyət Nazirliyi ilə müzakirə olunub.