media-yrwtod6d3cb3g3o4bwjqsa1zdedh2fno6fnoi0b3_1200

Bina köhnə, pilləkənlər yarasız… Hətta cənazə aparılarkən pilləkən qırılıb, insanlar çətin vəziyyətlə üzləşiblər.

ERAmedia Xəzər TV-yə istinadən xəbər verir ki, paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsi, oktyabr küçəsində yaşayan sakinlər bu iddia ilə “Xəzər Xəbər”in qaynar xəttinə müraciət ediblər. Onların sözlərinə görə, məskunlaşdıqları bina köhnə olduğundan təhlükə altında yaşayırlar.

 

 

Hətta bir neçə gün öncə qonşuluqdakı evdən cənazə aparılarkən pilləkən qırılıb, sakinlər yıxılıblar.

Məsələ ilə bağlı Sabunçu Rayon İcra hakimiyyətindən bildirilib ki, bina Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır.

Bakı Şəhər İcra Hakimiyyətindən isə qeyd edilib ki, əraziyə baxış keçiriləcək və məsələ araşdırılacaq.


media-adspc

Bənzər xəbərlər