Zakir Fərəcov sakinlərlə növbəti səyyar görüş keçirib - FOTO
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov vətəndaş müraciətlərinin yerində öyrənilməsi və mövcud məsələlərin operativ həlli məqsədilə şəhərin 18-ci mikrorayon ərazisində sakinlərlə növbəti səyyar qəbul keçirib.
ERAmedia xəbər verir ki, qəbulda şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.
Səyyar qəbul zamanı sakinlər məşğulluq imkanları, sosial təminat, yaşadıqları ərazidə görülən abadlıq-quruculuq işləri, kommunal xidmətlərin təşkili, məhəllədaxili yolların vəziyyəti və digər sosial-məişət məsələləri ilə bağlı müraciət və təkliflərini diqqətə çatdırıblar.
Şəhər rəhbəri vətəndaşların qaldırdıqları məsələləri diqqətlə dinləyərək onların həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib. Həlli qısa müddətdə mümkün olan məsələlərin operativ şəkildə aradan qaldırılması, əlavə araşdırma tələb edən müraciətlərin isə nəzarətə götürülməsi tapşırılıb.
Qeyd olunub ki, Sumqayıt şəhərində vətəndaş məmnunluğunun təmin olunması, sakinlərin müraciətlərinə həssas yanaşılması və problemlərin yerində öyrənilərək həlli istiqamətində səyyar qəbullar mütəmadi olaraq davam etdirilir.









