media-nocomment_2ea9b41b6fcfb6aaeee205f86acad86e_wr21ab59ujqt6vgypxmc

Zaqatalada ölümlə nəticələnən yol qəzası olub.

ERAmedia Nocomment.az-a istinadən xəbər verir ki, qəza rayonun Yuxarı Tala kəndi ərazisində qeydə alınıb.

“VAZ-21015” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsində olan 54 yaşlı Seyfəddin Əhmədov ölüb, 36 yaşlı Şahsənəm Zamanova isə xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, istintaq aparılır.


media-adspc

Bənzər xəbərlər