media-1707907144_fb245c59820b53c98cb5fee92e53f0e1

Yevlax-Zaqatala-Gürcüstan magistralının Zaqatala rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

ERAmedia xəbər verir ki, Yengiyan kənd sakini 39 yaşlı Dilqəm Məmmədovun idarə etdiyi “Opel Vectra” markalı avtomobillə Əliabad qəsəbə sakini 39 yaşlı Xəyalə Herovovanın idarə etdiyi “Volkswagen Passat” markalı avtomobil toqquşub.

Qəza nəticəsində hər iki avtomobil ciddi deformasiyaya uğrayıb. Həmçinin hər iki avtomobilin sürücüsü müxtəlif dərəcəli ağır xəsarətlər alıb. Hadisə yerinə cəlb edilən təcili tibbi yardım briqadasının həkimləri yaralılara ilkin tibbi yardım göstərdikdən sonra onlar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Qəza ilə bağlı araşdırma aparılır.


media-adspc

Bənzər xəbərlər