media-17821491815269210270_1200x630

Zaqatala rayonunda güclü külək bir neçə kənddə ciddi fəsadlar yaradıb.

ERAmedia xəbər verir ki, əlverişsiz hava şəraiti rayonun Maqov kəndinə daha çox zərər vurub. Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, güclü külək səbəbindən Maqov kəndində, həmçinin həmin inzibati əraziyə daxil olan Abaylı və Yolayrıc kəndlərində irigövdəli ağaclar aşıb, kommunikasiya xətləri zədələnib, fərdi təsərrüfatlara ziyan dəyib, bir neçə evin və mal tövləsinin damları qismən uçub.

Eyni zamanda, Zaqatala-Maqov-Danaçı-Aşağı Çardaqlar avtomobil yolu ağacların aşması nəticəsində bir müddət bağlı qalıb. Baş verən təbii fəlakətdən sonra rayonun aidiyyəti qurumlarının əməkdaşları tərəfindən kommunikasiya xətlərinin bərpası və yolun açılması istiqamətində tədbirlər görürlər.


media-adspc

Bənzər xəbərlər