Zaur Kamal qəza edib
Aparıcı Zaur Kamal avtomobil qəzası keçirib.
ERAmedia xəbər verir ki, bu haqda aparıcı özü instaqram hesabında məlumat verib.
O, avtomobilinin fotosunu paylaşaraq, “ Bu da belə getdi”, – sözlərini yazıb.
Axşam.az-a açıqlama verən aparıcı bildirib ki, hadisə Gəncəyə gedərkən olub.
“Gəncəyə çathaçatda oldu. Salamatçılıqdır”, – deyə əlavə edib.









