Zavallı Mariyanın göz yaşları

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarova növbti dəfə ermənidən daha çox çox “ermənilik” ediib.
O, Ermənistanda Erməni Soyqırımı tarixinin yaddan çıxarılması ehtimalından şoka düşdüyünü, bəzi erməni siyasətçilərinin bu mövzudan imtina etməsi reallığının yaxında olduğundan şoka düşdüyünü belə ifadə edir: “Tarixdə elə dövrlər olur ki, xalqlar və ölkələr çətinliklərin öhdəsindən gələ bilmədikləri üçün sözün əsl mənasında yoxa çıxırlar. Bu, müqəddəs olanı və olmalı olana xəyanətdən başlayr”.
Mariya Zaxarovanın fikirlərinin “paxmel” havasına səsləndiyini və yaxud özfəaliyyət olduğunu birmənalı istisna etməklə, onu da xatırladaq ki, həmin fikirlər Rusiya FSB-nin nəzarətindənkənar Qazaxstan buğdasının Azərbaycandan keçməklə Ermənistana çatdırılmasından sonra bildirilib.
Azərbaycanda deyildiyi kimi, “Adam yıxıldığı yerdən qalxar”.
Əlbəttə, Vladimir Putinin Zaxarovanın dilində səslənməsi qətiyyən şübhə doğurmayan fikirləri sonra bu cür ifadə olunur ”Zahirən müqəddəs görünən tarixin, o cümlədən Erməni Soyqırımı ilə bağlı tarixə əsaslanan müqəddəs fəlsəfənin bir çox erməni liderlərinin və dövlət xadimlərinin təfsirində birdən-birə sadəcə bir növ siyasi amilə çevrilməsi və onların sözləri ilə desək, bundan imtina edilə bilməsi məni sadəcə şoka saldı. Təsəvvür edə bilərsinizmi?”
Ədalət naminə demək lazımdır ki, hazırki situasiyanı çoxbilmiş qoca fırıldaqçı Nostradamus da təsəvvürünə gətirməzdi, o ki qala qala sadəlöhv zavallı Mariya…









