media-combined
media-b93be46cef2e2d11cb81e8de864cdf83
media-shehidler_olmez_baner_full

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq tapşırığına əsasən, noyabrın 8-də Bakı şəhərində Zəfər Gününün beşinci ildönümü münasibətilə hərbi parad keçiriləcək.

Müdafiə Nazirliyindən verilən məlumata görə, parada hazırlıqla bağlı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin, o cümlədən Azərbaycan Ordusunun bölmələri ilə məşqlər keçirilir.

Hazırlıq məşqləri zamanı Bakı şəhərində və ətraf ərazilərdə aviasiya vasitələrinin uçuşları, avtomobil və döyüş texnikalarının, həmçinin gəmilərin müəyyən edilmiş marşrutlar üzrə hərəkəti və yerdəyişməsi icra olunur.


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər