media-17395537040030

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevə dəstəyə görə Azərbaycana və bir sıra digər ölkələrə təşəkkür edib.

ERAmedia xəbər verir ki, Zelenski bu barədə “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Zelenski dəstək jestlərinin hər birinin vacibliyini qeyd edib və müstəqilliyin bərpasının 35-ci ildönümü günündə Ukraynanı xatırlayan ölkələrə təşəkkürünü bildirib.

“Ukrayna və ukraynalıları düşündüyünüz üçün minnətdarıq”, – o yazıb.

Qeyd edək ki, Ukraynanın müstəqilliyinin 35-ci ildönümü münasibətilə Heydər Əliyev Mərkəzi bu ölkənin bayrağının rəngləri ilə işıqlandırılıb.


media-adspc

Bənzər xəbərlər