media-1771824865_1

Rusiyanın 24 fevral 2022-ci ildə başlatdığı müharibənin 4-cü ildönümündə Ukrayna prezidenti Volodimir Zelenski dünyaya müraciət edərək ölkəsinin təslim olmadığını bildirib.

ERAmedia xəbər verir ki, Zelenski sosial şəbəkə hesabında paylaşdığı açıqlamada Ukraynanın dövlət kimi ayaqda qaldığını vurğulayıb. Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin qarşıya qoyduğu hədəflərə nail ola bilməyib.

Zelenski Rusiyanın müharibənin əvvəlində Kiyevi “üç günə” ələ keçirmək planlarının iflasa uğradığını xatırladıb və Ukraynanın bu müddətdə böyük sınaqlardan keçdiyini qeyd edib.

Zelenski bildirib ki, milyonlarla ukraynalının müqaviməti sayəsində ölkə öz müstəqilliyini qoruyub:

O deyib ki, Ukrayna dövlətini itirməyib, xalqı sındırılmayıb və Rusiya bu müharibəni qazana bilməyib.

Ukrayna lideri əlavə edib ki, ölkəsini qoruyaraq sülh və ədalətin təmin olunması istiqamətində mübarizə davam edəcək.

Vural


media-adspc

Bənzər xəbərlər