Zelenski Ukraynada hərbi vəziyyətin və səfərbərliyin müddətini uzatdı
Ukrayna prezidenti Volodimir Zelenski ümumi səfərbərlik və hərbi vəziyyət rejiminin müddətinin daha üç ay uzadılması ilə bağlı qanunu imzalayıb.
ERAmedia xəbər verir ki, bu barədə Ali Radanın rəsmi saytında yerləşdirilən məlumatlarda qeyd olunur.
Bundan əvvəl, yanvarın 14-də parlamentin deputatı Yaroslav Jeleznyak Ali Radanın müvafiq qərarları dəstəklədiyini və səfərbərliklə hərbi vəziyyətin martın 4-dək uzadıldığını bildirib.
Qanun layihələrinin kartlarında sənədlərin dövlət başçısının imzası ilə artıq parlamentə geri qaytarıldığı göstərilir.
Ukraynada hərbi vəziyyət rejimi 24 fevral 2022-ci ildən qüvvədədir, bir gün sonra isə ümumi səfərbərlik haqqında fərman imzalanıb.
Vüsalə










