Zelim Tçkayev dünya çempionatında gümüş medal qazandı
Azərbaycan cüdoçusu Zelim Tçkayev Bakıda keçirilən dünya çempionatında gümüş medal qazanıb.
ERAmedia xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda gürcüstanlı Tato Qriqalaşviliyə uduzub.
Bununla da Azərbaycan millisinin dünya çempionatında qazandığı medalların sayı 4-ə çatıb. Daha əvvəl Əhməd Yusifov (60 kiloqram) qızıl, Rəşid Məmmədəliyev (73 kiloqram) və Ömər Rəcəbli (81 kiloqram) isə bürünc mükafat əldə ediblər.
Qeyd edək ki, dünya çempionatına oktyabrın 11-də yekun vurulacaq.
18:36
Azərbaycan cüdoçusu Ömər Rəcəbli Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb.
ERAmedia xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə Qazaxıstan təmsilçisi Abulaxan Zhubanazar ilə qarşılaşıb.
Rəqibinə ipponla qalib gələn Rəcəbli bürünc mükafata sahib çıxıb.
Bu gün, həmçinin eyni çəki dərəcəsində mübarizə aparan Zelim Tçkayev finalda qüvvəsini sınayacaq.
Daha əvvəl Vüsal Qələndərzadə (81 kiloqram) 1/8, Anna Zaytseva (63 kiloqram) 1/16 final mərhələsində rəqiblərinə uduzaraq turnirlə vidalaşıblar.
Qeyd edək ki, hazırda Azərbaycan millisinin aktivində 2 medal var. Əhməd Yusifov (60 kiloqram) qızıl, Rəşid Məmmədəliyev (73 kiloqram) isə bürünc mükafat qazanıb. Mundiala oktyabrın 11-də yekun vurulacaq.










